Aeroport istiqamətində hərəkət edən ekspress avtobusların dayanacaq məntəqələrinin sayı artırılıb
AzerTAg.az
Bakı, 9 yanvar, AZƏRTAC
“H1” hava limanı - “28 May” ekspress marşrut xətti üzrə avtobusların dayanacaq məntəqələrinin sayı artırılıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, “H1” ekspress marşrut xətti üzrə avtobusların Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində hərəkət edərkən Heydər Əliyev prospektinin Səttar Bəhlulzadə (Bülbülə qəsəbəsinə giriş, Saatın yanı) və 14 iyul küçələri ilə kəsişmədəki (Yeni Suraxanı qəsəbəsinə girişdə yerüstü piyada keçidinin yanında) dayanacaqlarda dayanması təşkil edilib. Şəhər mərkəzi istiqamətində isə müvafiq olaraq qarşı tərəfdəki dayanacaqlarda saxlayacaq. Ekspress xətt üzrə avtobusların əlavə dayanacaqlarda dayanması vətəndaşların Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınmaqla təşkil edilib.

Xəbərin mətnində orfoqrafik səhv var