DÜNYA


Əfqanıstan Prezidenti “Taliban”ın üç rəhbərinin azad olunması faktını təsdiqləyib

Bakı, 12 noyabr, AZƏRTAC

Əfqanıstan Prezidenti Əşrəf Qani hakimiyyətin 2016-cı ildə silahlılar tərəfindən qaçırılan iki xarici ölkə vətəndaşı, Kabildəki Amerika universitetinin amerikalı və avstraliyalı professorlarının azad olunması müqabilində “Taliban” hərəkatının üç rəhbərinin azadlığa buraxılması faktını təsdiqləyib.

AZƏRTAC Ariana News agentliyinə istinadla xəbər verir ki, Əşrəf Qəninin sözlərinə görə, bu qərar çox çətin, lakin vacib humanitar jestdir. Prezident, həmçinin hakimiyyətin bu addımı Əfqanıstanın beynəlxalq müttəfiqləri, əsasən də ABŞ-la məsləhətləşmələrdən sonra atdığını deyib.

Əldə olan məlumata görə, həbsxanadan “Hakkani şəbəkəsi” təşkilatının rəhbərləri Hacı Mali Xan, Hafiz Raşid və “Taliban” hərəkatının rəhbərlərindən biri Siracuddin Hakkaninin doğma qardaşı Ənəs Hakkani azad edilib.

Əfqanıstan hakimiyyəti bu qərarın taliblərlə sülh danışıqlarının başlamasına müsbət təsir edəcəyini düşünür.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.