DÜNYA


Əfqanıstanda aviazərbə nəticəsində toy mərasiminin dörd iştirakçısı ölüb

Bakı, 5 oktyabr, AZƏRTAC

Əfqanıstanının cənubunda yerləşən Qəndəhar əyalətində aviasiya zərbəsi nəticəsində toy mərasimində iştirak edən üç qadın və bir uşaq həlak olub, səkkiz nəfər isə yaralanıb.

AZƏRTAC Pajvak informasiya agentliyinə istinadla xəbər verir ki, insident oktyabrın 4-də Maruf rayonunda baş verib. Aviasiya zərbələrinin hədəfi rayon mərkəzinə hücum etdikdən sonra geri çəkilən və toy mərasimindəki avtomobillərin arasında gizlənməyə çalışan “Taliban” hərəkatının üzvləri olub.

Qəndəhar əyalətinin polis rəisi Əbdül Razik aviasiya zərbəsi faktını təsdiqləyib. Onun sözlərinə görə, bombardman nəticəsində, həmçinin 10 “Taliban” silahlısı öldürülüb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar yaşanır. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri bütün ölkədə terrorçuluqla mübarizə üzrə birgə əməliyyatlar keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.