DÜNYA


Əfqanıstanda daşqınlar 16 nəfərin həyatına son qoyub

Bakı, 2 avqust, AZƏRTAC

Əfqanıstanda güclü yağışın səbəb olduğu daşqınlar nəticəsində 16 nəfər, o cümlədən 12 uşaq ölüb. İtkin düşənlər var.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, daşqınlar cümə günü axşam ölkənin şərqindəki Nanqarhar əyalətində başlayıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət bir neçə evi dağıdıb. Dörd uşağın itkin düşdüyü bildirilir.

Ərazidə axtarış-xilasetmə əməliyyatları aparılır. Zərər çəkmiş ailələrə humanitar yardım göstərilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.