DÜNYA


Əfqanıstanda partlayış nəticəsində azı doqquz nəfər həlak olub

Bakı, 3 iyun, AZƏRTAC

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində törədilən partlayış nəticəsində azı doqquz dinc sakin həlak olub, beş nəfər isə yaralanıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə səhər saatlarında Argistan rayonunda qeydə alınıb. Mülki avtomobil yolda quraşdırılan mina vasitəsi ilə partladılıb.

“Taliban” hərəkatı hələlik hadisəni şərh etməyib. Yerli hökumət orqanları isə bombanın taliblər tərəfindən qoyula biləcəyini deyirlər.

Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatı arasında qarşıdurmalar davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşması da aktiv fəaliyyət göstərir. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.