DÜNYA


Əfqanıstanda taliblərlə toqquşmada 15 polis əməkdaşı həlak olub

Bakı, 22 oktyabr, AZƏRTAC

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətində taliblərlə hökumət qüvvələri arasında toqquşmalarda azı 15 polis əməkdaşı həlak olub.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında “Taliban” hərəkatının ona yaxın döyüşçüsü əyalətdəki nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. Döyüşlər nəticəsində ölkənin güc strukturlarının 15 döyüşçüsü həlak olub, hücum edən silahlılardan isə doqquzu öldürülüb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.