DÜNYA
Əfqanıstanda üç amerikan əsgəri həlak olub
Bakı, 27 noyabr, AZƏRTAC
Əfqanıstanın Qəzni şəhərində yola düzülmüş minanın partlaması nəticəsində üç amerikalı əsgər həlak olub, daha üç nəfər isə yaralanıb.
AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu məlumatı NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyası yayıb.
Məlumatda deyilir ki, partlayış nəticəsində xəsarət alanlardan biri ABŞ-ın kontraktla bu ölkədə fəaliyyət göstərən mülki qulluqçusudur. Həmçinin qeyd olunur ki, amerikan əsgərlərinin Əl-Qaedaya qarşı Nimruz əyalətində keçirdikləri hərbi əməliyyatlardan sonra onlara qarşı hücumların və itkilərin sayı artıb. Həmin döyüşlərdə bir amerikan əsgəri səhvən əfqan ordusunun döyüşçüsü tərəfindən vurulmuşdu.
Son aylarda Qəznidə taliban yaraqlıları ilə sülhməramlı qüvvələrin əsgərləri arasında döyüşlərin daha intensiv xarakter aldığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]