DÜNYA


Əfqanıstanın vitse-prezidenti Kabilə çatdıqdan sonra aeroportda partlayış törədilib: ölənlər var

Bakı, 22 iyul, AZƏRTAC

Əfqanıstana qayıtmış Birinci vitse-prezident Əbdül Rəşid Dostum Kabil aeroportunu tərk etdikdən sonra yaxınlıqda partlayış baş verib. Bu barədə “Agence France-Presse” məlumat yayıb. Partlayış siyasətçinin tərəfdarlarının toplaşdığı yerdə olub.

Bu, təqib edilən Əbdül Rəşid Dostumun 2017-ci ildə Türkiyəyə getdikdən sonra vətənə ilk qayıdışı idi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Nəcib Danişin sözlərinə görə, hadisə güman ki, intiharçı-terrorçu tərəfindən törədilib.

Əfqanıstanın “TOLOnews” telekanalı yerli məmurlara istinad edərək partlayış nəticəsində həlak olanların əksəriyyətinin təhlükəsizlik qüvvələrinin əməkdaşları olduğunu bildirib.

Çarter reyslə gələn Əbdül Rəşid Dostumun olduğu təyyarə Hamid Karzai adına beynəlxalq aeroportda enib. Yüzlərlə insan, o cümlədən yüksək vəzifəli məmurlar onu qarşılamaq üçün aeroportda toplaşmışdılar. Siyasətçi Türkiyədə 14 ay qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.