İQTİSADİYYAT


Əfqanıstanlı nazir: Növbəti aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi planlaşdırılır

Bakı, 11 oktyabr, AZƏRTAC

Qarşıdakı aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd deyib.

O qeyd edib ki, bu sərgi Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək: “Azərbaycan tərəfinə sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk. Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik. Bu gün investisiya imkanları ilə bağlı növbəti aylarda forumun keçirilməsinə dair müzakirələr apardıq. Gördüyünüz kimi, burada Əfqanıstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı məhsulları, dağ-mədən sənayesi, təbii ehtiyatlar, səhiyyə və digər sahələri təmsil edən 50-dək iş adamından ibarət nümayəndə heyəti var. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz güclü tarixi və siyasi mədəni köklərlə bir-birinə bağlıdır. Qarşıdakı aylarda keçiriləcək tədbirlərin bu sahədəki əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə inanırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.