DÜNYA


Afrikada COVID-19 sürətlə yayılır: qitənin 34 ölkəsinin sərhədləri bağlıdır

Qahirə, 29 iyul, AZƏRTAC

Afrika Fəlakətlərə Nəzarət və Profilaktika Mərkəzinin (ACDC) məlumatına görə, COVID-19-un sürətlə yayılması səbəbindən qitənin 34 ölkəsi arasında sərhədlər bağlanıb, daha 11 ölkə isə giriş-çıxışları məhdudlaşdırıb. Eyni zamanda, Afrikanın 31 ölkəsində karantin rejiminin yumşaldılması pandemiyanın daha geniş yayılması ilə nəticələnib.

AZƏRTAC xəbər verir ki, ACDC-in məlumatında Afrikada yeni növ koronavirusun yayılması ilə bağlı son rəqəmlər açıqlanıb. Qitə ölkələrində 878 minə yaxın yoluxma, 18 500-dən çox ölüm qeydə alınıb, 527 mindən çox insan isə sağalıb. Hazırda qitənin 13 ölkəsində sərt karantin rejimi davam edir, ümumilikdə isə, Afrikanın 54 ölkəsinin hamısında insanların bir yerə toplaşması qadağan edilib, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.