DÜNYA


Afrikanın ərzaq təhlükəsizliyinə 30 milyard dollar ayrılacaq

Afrikanın ərzaq təhlükəsizliyinə 30 milyard dollar ayrılacaq

Bakı, 28 yanvar, AZƏRTAC

“Afrikanın inkişaf üzrə tərəfdaşları” qitənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün 30 milyard dollar həcmində maliyyə yardımı ayıracaq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu qərar Afrika İnkişaf Bankının təşkilatçılığı ilə Dakarda keçirilən “Feed Africa Summit” sammitində qəbul olunub. Maliyyə dəstəyi növbəti beş il ərzində qitənin ərzaq sektorunun inkişafına yönələcək. Həmin vəsaitin 10 milyard dollarını Afrika İnkişaf Bankı üzərinə götürüb.

Qitədə kənd təsərrüfatı və ərzaq sektorunun inkişafı Afrika ölkələri liderlərinin, sərmayəçilərin və tərəfdaş ölkə nümayəndələrinin iştirak etdiyi sammitin müzakirə mövzusu olub.

Afrika İnkişaf Bankının məlumatına görə, bütün dünyada aclıqdan əziyyət çəkən 828 milyon insanın 249 milyonu Afrikada yaşayır. Bu, dünyanın ən böyük qitəsində yaşayan hər beş nəfərdən birinin aclıq çəkdiyi anlamına gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.