ELM VƏ TƏHSİL


Əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd edilir

Bakı, 30 noyabr, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi ilə bağlı onlayn tədbirlər keçirilir.

Bu barədə AZƏRTAC-a Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, onlayn tədbirlərdə şagirdlərə İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun həyatı və döyüş yolu haqqında geniş məlumat verilir. Əfsanəvi partizanın könüllü olaraq cəbhəyə yollandığı, daha sonra Fransa Müqavimət hərəkatına qoşulduğu və bu hərəkatın fəal iştirakçısına çevrildiyi şagirdlərin diqqətinə çatdırılır.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində tariximizdə silinməz izlər qoymuş şəxslərin xatirəsinə dərin ehtiram ifadə edildiyini bildirirlər. Prezidentin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” 2020-ci il 11 avqust tarixli Sərəncamı xalqımızın, dövlətimizin qəhrəman övladlarına olan əbədi ehtiramının təzahürüdür.

Onlayn tədbirlərdə Əhmədiyyə Cəbrayılovun xalqımızın qəhrəmanlıq ənənələrini ölkə hüdudlarından kənarda layiqli şəkildə nümayiş etdirdiyi barədə şagirdlərə məlumatlar verilir. Həmçinin Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran və Müqavimət hərəkatının ən fəal üzvlərindən olan Ə.Cəbrayılovun qəhrəmanlıqla dolu şərəfli ömür yolunun Azərbaycan əsgərləri üçün də hünər və cəsarət nümunəsi olduğu deyilir.

Onlayn tədbirlərdə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun həyat və döyüş yoluna həsr olunan videoçarxlar da nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.