CƏMİYYƏT


Ağ dişin qızıl dişdən üstünlüyü

Ağ dişin qızıl dişdən üstünlüyü

Bakı, 26 may, AZƏRTAC

Əvvəllər qızıl diş sahibi olmaq zənginlik əlaməti sayılırdı, hətta bəzən bir-birinə hədiyyə əvəzinə qızıl diş bağışlayanlar da olurdu. İndi isə qızıl dişi olanlara o qədər də çox rast gəlmək mümkün deyil. Bu dəbi bəzən müasir dövrün tələbatı ilə əlaqələndirirlər. Hazırda qızıl və titan dişlərdən istifadə xeyli azalıb, hətta bu cür dişlərə sahib olanlar onları ağ dişlərlə əvəz edir.

AZƏRTAC xəbər verir ki, ağızda qızıl diş olmasının mənfi cəhəti olub-olmaması ilə əlaqədar həkim-stomatoloq Altay Qəhrəmanov deyib: “Qızıl diş düzəldilərkən onun altındakı diş yaxşı yonulmadığına görə diş əti altına normal keçmir. Buna görə də diş əti ilə diş boynu arasında boşluqlar yaranır və yeyilən qidalar həmin hissəyə dolur. Bunun nəticəsində getdikcə orada kariyes və çürümələr baş verir”.

Nüvə qatı zədələnən diş kariyesə uğrayır və bu zaman həkim müayinəsi vacibdir. Ağız suyunda lisazion maddəsi olduğuna görə kariyesin əmələgəlmə riskini azaldır. Qızıl dişlər yaxşı hazırlansa, ondan uzun müddət istifadə etmək mümkündür.

“Əslində qızıl diş beş ildən sonra dəyişilməlidir. Qızıl dişin estetik cəhətdən heç bir üstünlüyü yoxdur, qırmızı rəngdə olduğuna görə parıldayır və ətrafdakılarda diskomfort yaradır. Ağ dişləri isə yan dişlərin rənginə tam uyğun şəkildə düzəltmək olur. Qızıl dişlər nazik təbəqədən ibarət olduğuna görə onun deşilməsi daha tez-tez baş verir”,- deyə həkim-stomatoloq qeyd edib.

Gülərkən dişlər daha çox diqqəti cəlb edir. Ona görə də onların sağlamlığına ciddi nəzarət etmək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.