CƏMİYYƏT


Ağacların kəsilməsi ilə bağlı şikayət araşdırılıb

Bakı, 28 aprel, AZƏRTAC

Qax rayonunun Zəyəm kəndindəki qəbiristanlığın ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əraziyə keçirilən baxış zamanı fakt təsdiqini tapıb, Qax rayonu Zəyəm bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində 3 ağacın kəsildiyi və təbiətə 6600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Qax rayon Prokurorluğuna göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.