CƏMİYYƏT
Ağalı sakini: Biz neçə illərdir ki, bu günləri gözləyirdik VİDEO
Bakı, 25 iyul, Elmir Səftərov, AZƏRTAC
Bu gün çox sevincliyik. Çünki doğma yurdumuza qayıdırıq. Biz neçə illərdir ki, bu günləri gözləyirdik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Ağalıya köçən kənd sakini Yeganə Əhmədova deyib.
Kənd sakini qeyd edib ki, bu günlər hər bir zəngilanlının həyatında önəmli hadisələrlə yadda qalıb.
"Hisslərimizi ifadə etmək bizim üçün olduqca çətindir. 29 il işğal altında qalan Zəngilan bu gün azaddır. Ordumuz sağ olsun ki, bu günləri bizə yaşatdı. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin",-deyə Yeganə Əhmədova əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [21:02]
Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan
- 26.04.2024 [20:21]
Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib
- 26.04.2024 [20:05]
Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar
- 26.04.2024 [19:29]