REGİONLAR


Ağalı sakinləri Novruzu böyük sevinclə qarşılayıblar

Zəngilan, 20 mart, Aydın Yavərzadə, AZƏRTAC

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində Novruz bayramı xüsusi coşqu ilə qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağalı sakinləri uzun illərdən sonra baharın gəlişini doğma yurdlarında qarşılayıblar.

Bayram tədbirində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və nümayəndəliyin əməkdaşları, Ağalı sakinləri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Ağıllı kənddə təşkil edilən konsert proqramı, səslənən milli musiqi və ifa olunan rəqslər böyükdən kiçiyə hər kəsə əsl bayram ab-havası bəxş edib.

Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Zəngilan rayonu Ağalı kəndində ümumilikdə 420 nəfərdən ibarət 86 ailə məskunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.