REGİONLAR
Ağcabədi: baramaçılığın inkişafı məqsədilə 10 min ədəd tut tingi əkilib
Ağcabədi, 13 dekabr, AZƏRTAC
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə Çindən ölkəmizə gətirilən 1 milyon ədəd tut tingindən 10 mini Ağcabədi rayonuna verilib.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, bölgü əsasında əvəzsiz olaraq təsərrüfatlara, barama istehsalçılarına paylanılan tingəlin əkini artıq başa çatıb. Tut tingləri Ağcabədi şəhəri, Boyat, Təzəkənd, Hüsülü kəndləri ərazisində Çin texnologiyası əsasında əkilib. Sahələrin hazırlanması və əkin işləri mütəxəssislərin nəzarəti altında aparılıb.
Qeyd edək ki, Ağcabədi rayonunda xeyli inkişaf edən sahələrdən olan baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675 kiloqram, 2017-ci ildə 16 min 761 kiloqram, 2018-ci ildə 37 min 146 kiloqram, 2019-cu ildə isə 55 min 466 kiloqram barama istehsal olunub. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 380 min 700 ədəddən çox tut tingi əkilib.