CƏMİYYƏT


Ağcabədi rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda maarifləndirici təlim keçirilib

Bakı, 27 mart, AZƏRTAC

Meşə yanğınlarının qarşısının alınması məqsədilə Ağcabədi Regional Meşə Təsərrüfatı Mərkəzinin və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının iştirakı ilə Ağcabədi rayonunda “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlimdə meşə və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı profilaktik tədbirlərin səmərəliliyinin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.