REGİONLAR


Ağcabədidə 11 min hektardan çox sahədə pambıq becəriləcək

Ağcabədidə 11 min hektardan çox sahədə pambıq becəriləcək

Ağcabədi, 30 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Respublikamızın ən iri pambıqçılıq rayonlarından olan Ağcabədidə fermer və torpaq mülkiyyətçiləri çiyid səpininə hazırlaşırlar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, artıq 1485 nəfər istehsalçı ilə emal müəssisələri arasında pambıq əkini üçün müqavilə bağlanıb. Müqaviləyə əsasən, 4324,92 hektarda “MKT İstehsalat Kommersiya” MMC, 3633 hektarda “Azərpambıq” MMC, 2400 hektarda “P-Agro” MMC, 688,7 hektarda “Cotton Trade” MMC, 70 hektarda “AŞİB” MMC və 74 hektarda “AZ Təsərrüfat” MMC olmaqla, 11 min 190,62 hektar ərazidə pambıq əkini həyata keçiriləcək.

Çiyid səpiləcək sahələrin 11092,7 hektarı şumlanıb. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci yarısında başlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.