REGİONLAR
Ağcabədidə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi başa çatıb
Ağcabədi, 8 may, AZƏRTAC
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda gənclər arasında onlayn inşa-yazı müsabiqəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsinin yad edilməsi, Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, həmçinin rayonda bacarıqlı və istedadlı gənclərin üzə çıxarılmasıdır.
Aprelin 27-dən mayın 6-dək davam edən və 34 gəncin qatıldığı müsabiqədə Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbin şagirdi Xədicə Fətəliyeva birinci, 3 nömrəli məktəb-liseyinin şagirdi Qumru İbrahimova ikinci, 5 nömrəli tam orta məktəbin şagirdi Sevinc Həsənova isə üçüncü yerə layiq görülüb. Qaliblər Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla mükafatlandırılacaqlar.