REGİONLAR


Ağcabədidə payızlıq səpin üçün indiyədək 21 min 550 hektarda şum qaldırılıb

Ağcabədi, 27 avqust, AZƏRTAC

Taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi fermerləri payızlıq əkinlər üçün mühüm aqrotexniki tədbir olan yay şumunun aparılmasını davam etdirirlər.

Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, gələcək yüksək məhsuldarlıqda yay şumunun əhəmiyyətini xüsusi qiymətləndirən fermerlər və torpaq mülkiyyətçiləri bu işin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün ciddi səy göstərirlər. Bu günədək rayonunun təsərrüfatlarında 21 min 550 hektar sahədə şum qaldırılıb.

Qeyd edək ki, Ağcabədi taxılçıları bu il 29 min 175 hektar taxıl sahəsindən 105 min 322 ton məhsul götürüblər. Məhsulun 83 min 506 tonu buğda, 21 min 786 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 37,1 sentner, arpa sahələrində isə 32,7 sentnerdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.