REGİONLAR


Ağcabədidə yeniyetmələrin “Xəmsə” çempionatının rayon turunun qalibləri müəyyənləşib

Ağcabədi, 21 noyabr, AZƏRTAC

Ağcabədi rayon Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində "Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan çempionatının rayon turu keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 13 komanda iştirak edib. Yekun nəticələrə əsasən, Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci, Ağcabədi Pedaqoji Kollecinin komandası ikinci, 2 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb. İlk üç yeri tutan komandalara Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.