REGİONLAR


Ağcabədili fermerlər 2292 hektarda təkrar əkin aparıblar

Ağcabədi, 12 sentyabr, AZƏRTAC

Ağcabədi rayonunda fermerlər və torpaq mülkiyyətçiləri kənd təsərrüfatı işlərini davam etdirirlər.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu günədək sahələrdən 8332,6 ton bostan məhsulları, 18 min 943,2 ton tərəvəz, 8040,8 ton meyvə toplanıb. Rayonda məhsul yığımı ilə yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında mühüm rol oynayan təkrar əkinin tətbiqi və payızlıq əkinlər üçün yay şumunun qaldırılması da uğurla həyata keçirilir. Ağcabədili fermerlər indiyədək 2292 hektarda təkrar əkin, 18 min 132 hektarda şum aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.