REGİONLAR


Ağdam sakini: Doğma yurdumuzda xoşbəxt günlərimiz yenidən başlayacaq

Ağdam, 26 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

28 ildən sonra öz doğma torpağım Ağdama ayaq basdım. Çox sevinirəm ki, doğma yurdumu görmək nəsibim oldu. Ağdamı dağılmş, viran halda görmək ürəyimi ağrıtsa da, ağlamaq istəmirəm, sevinirəm...

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdam şəhərinə səfər etmiş rayon sakini Nübar Babayeva söyləyib.

O deyib: “Evimiz barama zavodunun arxasında idi. Ancaq onu tapa bilmədim. Erməni vandalları evimizi tamamilə dağıdaraq yox ediblər. Çox kövrəlmişəm. Ancaq bu günə şükür edirəm. Birinci Qarabağ müharibəsində Ağdamda 6 min şəhidimiz olmuşdu. 44 günlük Vətən müharibəsində isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz düşmən üzərində qələbə qazandı. Ağdam şəhid vermədən işaldan azad edildi. Prezidentimizə minnətdaram. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə sağlamlıq diləyirəm. Onların analarının əllərindən öpürəm. Səbirsizliklə Ağdamımızın yenidən qurulmasını gözləyirik. İnanıram ki, doğma yurdumuzda xoşbəxt günlərimiz yenidən başlayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.