CƏMİYYƏT


Ağdamda avtoxuliqanlıq edən şəxs həbs edilib

Bakı, 21 iyun, AZƏRTAC

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildirilib ki, rayon sakini Nicat Mehdiyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə xuliqanlıq etdiyinə görə DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılıb. Onun idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Polis əməkdaşları tərəfindən N.Mehdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.