ELM VƏ TƏHSİL


Ağdaş şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Ağdaş şəhər Nizami Gəncəvi adına 2 nömrəli tam orta məktəb binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllimlərin, şagird və valideynlərin iştirak etdikləri tədbirdə çıxış edən Təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təhsilə göstərdiyi xüsusi diqqət və qayğıdan danışan nazir müavini son 10 ildə ölkəmizdə 3 mindən çox yeni məktəb binasının tikildiyini, həmçinin əsaslı təmir olunduğunu deyib.

Təhsilə göstərilən qayğının ölkəmizin gələcək inkişafının təminatı olduğunu vurğulayan İ.İsayev bu sahədə qazanılan uğurlardan söz açıb və yeni tədris ilində qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov son illər rayonda təhsil sahəsində əldə edilən nailiyyətlərdən bəhs edib.

Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 624 şagird yerlik məktəb 26 otaq, 2 laboratoriya, 1 çağırışaqədərki hazırlıq kabineti, akt zalı, kitabxana, informatika kabineti və idman zalından ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.