Ağdaşda 681 hektar sahədə çəltik əkilib
AzerTAg.az
Ağdaş, 5 iyul , AZƏRTAC
Ağdaş rayonunda çəltik əkini başa çatıb və bu ilki mövsümdə 681 hektarda əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, çəltikçilik rayonda artıq ənənəvi sahədir. Bu gün bazarlarda yerli növlərdən olan çəltiyə maraq heç də az deyil və buna görə də əkin sahələri ildən-ilə artır. Cari mövsümdə 14 icra nümayəndəliyində çəltik əkilib və əkin sahələri ötən ildəkindən 20 hektar çoxdur. Ən çox əkin Yenicə, Yuxarı Nemətabad, Qaradağlı, Hapıtlı, Kotavan, Pirəzə və Qaradeyin ərazi dairələrində aparılıb.
Artıq rayonda çəltik əkini sahələrinin 90 faizində çıxış alınıb. Torpaq mülkiyyətçiləri yüksək məhsuldarlıq üçün sahələrin aqrotexniki qaydada becərilməsi üçün ciddi səy göstərirlər. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə tədbirləri görülür.

Xəbərin mətnində orfoqrafik səhv var