REGİONLAR


Ağdaşda çəltik əkini davam edir

Ağdaş, 25 iyun, AZƏRTAC 

Ağdaş rayonunda çəltik əkini davam edir və artıq 565 hektarda əkin aparılıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda 15 ərazi icra nümayəndəliyində çəltik əkilir. Torpaq mülkiyyətçiləri keyfiyyəti ilə seçilən və yerli bazarlarda böyük tələbat olan bu məhsulun yetişdirilməsində çox maraqlıdırlar. Təsadüfi deyildir ki, bir sıra ərazilərdə ailə fermer təsərrüfatları və fiziki şəxslər çəltik əkini sahələrini genişləndirməkdədirlər. Bu mövsümdə Orta Ləki ərazi dairəsində çəltik əkini sahələri 150 hektara çatdırılıb. Habelə, Yenicədə 55 hektardan çox, Nemətabadda 46 hektarda əkin aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.