REGİONLAR


Ağdaşda karantin qaydalarını pozan şadlıq saraylarının icarədarları cərimələnib

Ağdaş, 22 oktyabr, AZƏRTAC

Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-pofilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən şadlıq saraylarında təşkil edilən toy mərasimlərində karantin qaydalarının pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yoxlamalar zamanı “Tural” şadlıq sarayında keçirilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, “Ay işığı” şadlıq sarayında isə müəyyən edilən say həddindən, yəni 150 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektlərin icarədarları Elman Yusubov və Niyazi Abdurəhmanov inzibati məsuliyyətə cəlb edilərək cərimələniblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.