REGİONLAR


Ağdaşda tənha ahıl insanlara və aztəminatlı ailələrə yardımlar davam etdirilir

Ağdaş, 9 aprel, AZƏRTAC

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən tətbiq olunan gücləndirilmiş karantin rejimi şəraitində Ağdaş rayonunda da tənha ahıl insanlara və aztəminatlı ailələrə yardım göstərilir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Sağlamlığınız həmrəyliyimizdir” devizi altında “Evdə qal” aksiyası çərçivəsində tədbirlər davam etdirilir. Son günlər Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı tərəfindən 150 nəfərədək tənha ahıl sakinə gigiyenik vasitələr paylanılıb. Habelə Milli Məclisin deputatı Cavid Osmanov və sahibkar Şahin Qəhrəmanovun birgə təşkilatçılığı ilə 200 aztəminatlı ailəyə ərzaq və gigiyenik vasitələr verilib. Yardımlar ailələrin evlərinə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.