İDMAN


Ağır atletika üzrə ölkə çempionatı: 89 kiloqram çəki dərəcəsində yarışın qalibi Sənan Mirzəyev olub

Bakı, 22 fevral, AZƏRTAC

Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 89 kiloqram çəki dərəcəsində qızıl medalın sahibi müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, yarışda toplam 300 kiloqramı (140+160) ram edən Sənan Mirzəyev qızıl medala layiq görülüb. İkinci pilləni 292 kiloqram (131+161) nəticə ilə Elşad Şərifov, üçüncü pilləni isə 247 kiloqram (117+130) nəticə ilə Samir Əsgərzadə tutublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.