CƏMİYYƏT


Ağsaqqallar Şurasının sədri Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Bakı, 19 mart, AZƏRTAC

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə AZƏRTAC-a Azərbaycan Ağsaqqallar Şurasından məlumat verilib.

Təbrikdə bildirilir ki, bayramlar içində müqəddəs və qədim, ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı yurdumuza təşrif buyurub. Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.

Qeyd edilir ki, təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də hələ bir ay əvvəldən qeyd etməyə başlayır. Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış dörd çərşənbə axşamı qeyd edilir. Bu çərşənbələrin hər biri yaşam üçün vacib olan dörd nüansdan birinə - od, torpaq, su və havaya həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Yurdumuzda Novruz çərşənbələri də çox təntənə ilə qeyd olunur. Bu bayramda küsülülər barışır, insanlar bir araya gəlir, elin birlik nəğməsi oxunur. Novruz bayramı bizim milli irsimizin əsasını təşkil edən folklorumuzun, adət-ənənələrimizin qorunması bayramıdır.

“Mən həm öz adımdan, həm də təmsil etdiyim Azərbaycan Ağsaqqallar Şurasının bütün üzvləri adından, təbiəti oyadıb ətrafı gözəlləşdirən, ürəkləri sevindirən, bayramların ən sevimlisi olan Novruz bayramınızı təbrik edir, hər bir ailəyə, hər ocağa sevinc, bol ruzi, səadət və qələbə sevinci arzulayıram. Bayramınız mübarək!”, - deyə təbrikdə vurğulanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.