CƏMİYYƏT


Ağstafada toy mərasimi keçirən şəxslər məsuliyyətə cəlb olunublar VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Köçəsgər kəndindəki fərdi evlərin birində toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşları dərhal həmin ünvana gələrək toy mərasimini dayandırıb, mərasim iştirakçılarını polis şöbəsinə gətiriblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları izah olunub. Mərasim iştirakçılarından altı nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.