REGİONLAR
Ağsu fermerləri çiyid səpininə hazırlığı başa çatdırıblar
Ağsu, 2 aprel, AZƏRTAC
Ağsu fermerləri cari mövsümdə 1000 hektarda çiyid əkini aparmağı planlaşdırıblar və artıq səpinə hazırlıq işləri başa çatdırılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hər yerdə əkin üçün keyfiyyətli şum çıxarılıb, 286 hektarda mühüm aqrotexniki tədbir olan arat aparılıb. Suvarma kanalları təmizlənib.
Əkin kampaniyası üçün 10 traktor, Türkiyə istehsalı olan 10 səpin aqreqatı hazır vəziyyətə gətirilib.
Qeyd edək ki, bu il səpin Xəlilli, Qaraqoyunlu, Ərəbsarvan, Muradlı, Kəndoba, Çaparlı, Bozavand, Rəhimli və Ərəbmehdibəy ərazi vahidlərində aparılacaq. Fermerlər səpin kampaniyasına aprelin ikinci ongünlüyündən başlayacaqlarını bildirirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]