REGİONLAR
Ağsuda 969 hektarda təkrar qarğıdalı əkilib
Ağsu, 10 avqust, AZƏRTAC
Ağsu rayonunda cari mövsümdə 969 hektarda təkrar qarğıdalı əkini aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvandarlıq Ağsuda aqrar sektorun aparıcı sahələrindəndir. Hazırda bölgədə 72 min 600 başdan çox iribuynuzlu mal-qara, 80 min başadək davar bəslənilir. Buna görə də hər il mal-qaranın qış aylarında yem bazası ilə təmin olunmasında heç də az əhəmiyyəti olmayan təkrar qarğıdalının əkini aparılır. Əkin sahələrinin demək olar ki, 90 faizi silosluqdur. Artıq ilkin əkin aparılan sahələrdə normal çıxış alınıb.
Rayonun əksər ərazilərinin, xüsusilə Ərəbmehdibəy, Gəgəli, Ərəbuşağı kənd, Ağsu şəhər icra nümayəndəliklərində cari mövsümdə daha çox qarğıdalı əkini aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]