CƏMİYYƏT


Ağsuda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində tədbir görülüb

Bakı, 18 avqust, AZƏRTAC

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları “Təmiz hava” aylığı çərçivəsində atmosferin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-yoxlama tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı xüsusi cihaz vasitəsilə nəqliyyat vasitələrindən atmosferə atılan zərərli qazların miqdarı yoxlanılıb. Yoxlamalar zamanı bəzi avtomobillərdə tullantının normadan artıq olduğu müəyyən edilib. Həmin nəqliyyat vasitələrini idarə edən sürücülərlə izahedici söhbətlər aparılıb və bildirilib ki, ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verilməlidir. Həmin sürücülər barəsində yol polisi əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.