REGİONLAR


Ağsuda indiyədək 1186 hektarda təkrar qarğıdalı və sorqo əkilib

Ağsu, 11 avqust, AZƏRTAC

Ağsu rayonunda heyvandarlıq aqrar sektorun əsas sahələrindəndir. Hazırda mal-qaranın və quşların yem bazası ilə təmin olunması məqsədilə təkrar qarğıdalı və sorqo əkini davam etdirilir.

Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, indiyədək 1186 hektarda əkin aparılıb. Əkilən sahələr silosluq və dənlik qarğıdalı, habelə sorqodur. Əkin sahələri ötən ilin müvafiq dövründəkindən 350 hektar çoxdur. Rayonun əksər ərazilərində, xüsusilə Gəgəli, Ərəbmehdibəy, Kəndoba, Padar, Qaraqoyunlu və bir sıra digər ərazi dairələrində heyvandarlar soyuq qış aylarında möhkəm yem bazası üçün təkrar qarğıdalı əkininə böyük üstünlük verirlər və bu məqsədlə ciddi işlər aparılır. Hazırda sahələrdə 20-dən çox texnika işləyir. Daha 300 hektaradək ərazidə əkin aparılacağı gözlənilir.

Qeyd edək ki, heyvandarlıq rayonda əsas təsərrüfat sahəsidir. Bölgədə 39 minə yaxın iribuynuzlu, 130 mindən çox xırdabuynuzlu, 240 minə yaxın quş bəslənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.