REGİONLAR
Ağsuda uşaq hüquqları aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib
Ağsu, 14 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə hər il olduğu kimi, bu il də ənənəvi olaraq oktyabrın 20-dən noyabrın 20-dək uşaq hüquqları aylığı keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aylıq çərçivəsində noyabrın 13-də Ağsu Rayon Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir olub. Muzey əməkdaşlarının, müəllimlərin, ağsaqqalların qatıldıqları tədbirdə birinci sinif şagirdləri də iştirak edib.
Maarifləndirici tədbirdə Ağsu Rayon Tarix-Diyarşünaslıq Muzeyi, onun ayrı-ayrı guşələrində saxlanılan Azərbaycanın qədim və orta əsrlər tarixinin maddi-mədəniyyət nümunələri, həmçinin ölkəmizin müasir həyatı, görkəmli şəxsiyyətləri barədə məlumatlar verilib.
Muzey əməkdaşları, müəllimlər, eləcə də rayon veteranlar şurasının sədri Cəmaləddin Zeynalov, veteran Nurulla Nuriyev məktəblilərlə fərdi və kollektiv söhbətlər aparıblar.