İQTİSADİYYAT


Əhalinin banklardakı əmanətlərinin 73,4 faizi xarici valyutada qoyulub

Bakı, 17 avqust, AZƏRTAC

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə iyulun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq 6 milyard 907,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. İyul ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,74) manata, 1 avroya1,96 manata (1,89), 100 rus rubluna 2,86 manata (2,98) bərabər olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.