Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aidə Məmmədova: Çalışacağıq ki, Azərbaycan-Yaponiya əlaqələri bütün sahələrdə inkişaf etsin

Aidə Məmmədova: Çalışacağıq ki, Azərbaycan-Yaponiya əlaqələri bütün sahələrdə inkişaf etsin

Tokio, 30 dekabr, AZƏRTAC

Azərbaycanı Yaponiyada tanıdan, elmi və ictimai-siyasi fəaliyyəti ilə məşhurlaşdıran həmyerlilərimizdən biri – Aidə Məmmədova ilə hələ üç il əvvəl Tokionun “Okura” otelində, 28 May - Respublika Günü ilə bağlı səfirliyimizin təşkil etdiyi rəsmi qəbulda tanış olmuşdum. Həmin vaxt Kanazava şəhərində yaşadığını, BMT-nin Universitetində çalışdığını bildirsə də, geri qayıtmağa tələsdiyi üçün ətraflı söhbətləşə bilməmişdik. Sonralar onunla əlaqə yaratmaq, onu Yaponiyada fəaliyyətə başlayan Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin işinə cəlb etmək istəyim uğursuzluqla nəticələnmişdi. Səbəbi isə həmin tədbirdən qayıtdıqdan bir müddət sonra iş yerini dəyişməsi və nəticədə məndə olan məlumatların köhnəlməsi olmuşdu. Hətta elə düşünürdüm ki, yəqin o da qürbətin çətinliklərinə dözməyərək Azərbaycana qayıdıb.

Növbəti dəfə Aidə xanımı Komatsu şəhərinin nümayəndə heyəti ilə birlikdə Bakı və Mingəçevir şəhərlərinə səfər zamanı Azərbaycan Televiziyasının xəbərlər proqramında görəndə bildim ki, o, hələ də Yaponiyadadır. Səfirliyin müşaviri Fərid Talıbov isə həmin səfərin təşkilində Aidə xanımın mühüm rol oynadığını mənə bildirdi. Buna görə də ilk fürsətdən istifadə edərək onunla əlaqə yaratmaq və onu diaspor fəaliyyətinə cəlb etmək barədə düşündüm. Necə deyərlər, fürsət sanki öz ayağı ilə məni tapdı.

Komatsu şəhəri, o cümlədən Aidə xanımım yaşadığı Kanazava Yaponiyanın qərbində, Yapon dənizi sahillərində yerləşdiyinə görə bu şəhərlərə səfər etmək üçün münasib imkan Bakı şəhərinin Xətai rayon nümayəndə heyətinin Yaponiyaya növbəti səfəri zamanı yarandı. Asiyanın sonunda yerləşən, lakin müasir inkişafı, yüksək texnologiyaları və zəngin mədəniyyəti ilə seçilən Yaponiyanın regionları ilə Xətai rayon rəhbərliyinin dostluq əlaqələrinə can atması mənim Aidə xanımla növbəti görüşümə şərait yaratdı. Nümayəndə heyətinin səfəri ilə bərabər, Aidə xanım barədə də məqalə hazırlamaq üçün həmin səfərə böyük məmnuniyyətlə yollandım.

Aidə xanım məni köhnə tanış kimi, böyük məmnuniyyət və mehribanlıqla qarşıladı. Bildirdi ki, son görüşümüzdən sonra həyatında bir sıra dəyişikliklər baş verib. Hazırda Kanazava Universitetinin dosenti olmaqla yanaşı, həm də Komatsu şəhəri merinin beynəlxalq əlaqələr üzrə müşaviridir. Nümayəndə heyətinin səfəri ilə bağlı başı çox qarışıq olsa da, mənə müsahibə verməyə, suallarımı cavablandırmağa hazır olduğunu bildirdi. Müsahibəmiz isə gərgin səfər cədvəli səbəbindən yalnız avtobusda, Komatsudan Kanazava şəhərinə geri dönərkən alındı.

Doğrusunu deyim ki, Xətai rayon nümayəndə heyətinin səfəri zamanı Aidə xanımın bütün danışıqlarda Yaponiyanı təmsil edən siyasi şəxslərlə bir sırada dayanması, yapon rəsmiləri sırasında yer alması Yaponiyada yaşayan bir azərbaycanlı kimi qəlbimi qürur hissi ilə doldururdu. Bu hissləri mən 2014-cü ildə Azərbaycandan bir qrup rayon və şəhər icra hakimiyyəti başçısının Yaponiyaya səfəri zamanı yaşamışdım. Həm məşhur “JGC” şirkətinin Tokiodakı baş ofisində, həm də mərkəzi ofisi Kobe şəhərində yerləşən tanınmış “Shinyei” şirkətində keçirilən görüşlər zamanı bu şirkətlərin layihələri barədə onların azərbaycanlı əməkdaşları Emil İlyasov və Xaqani Məlikov təqdimatlarla çıxış etmişdilər. Bu, Yaponiyada Azərbaycana olan böyük hörmətin ifadəsi olmaqla yanaşı, həm də istedadlı gənclərimizin öz gücü hesabına dünyanın ən qüdrətli dövlətlərindən biri olan Yaponiyanın aparıcı şirkətlərində yer tutması demək idi. Məhz həmin gənclərin fəaliyyəti nəticəsində Azərbaycan bu Gündoğar ölkədə yalnız zəngin mədəniyyəti, qədim tarixi olan ölkə kimi deyil, həm də istedadlı, bacarıqlı insanları olan bir ölkə kimi tanınır. Yeri gəlmişkən, bir məqamı xüsusi vurğulamaq istəyirəm. Məsələ burasındadır ki, belə gənclər nəticəsində Yaponiyada yaşayan azərbaycanlılar ziyalı, savadlı və bilikli insanlar kimi mövqe qazanmaqdadırlar. Onların önündə gedən alim-mühəndis, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil bəy Kələntərin adını xüsusi qeyd etmək istəyirəm. Bu gün Yaponiyada yaşayan hər bir azərbaycanlı bu məşhur həmyerlisi ilə fəxr edir.

Aidə xanımın həmin gənclərin sırasında deyil, önündə getməsini isə xüsusi qeyd etmək yerinə düşər. Mənimlə söhbəti zamanı o bildirdi ki, artıq 11 ildir Yaponiyadadır. O, 1984-cü ildə Rusiyanın Severobaykalsk şəhərində dünyaya göz açıb. Həmin vaxt atası Qılman müəllim SSRİ-nin ən böyük layihələrindən biri sayılan Baykal-Amur magistralının tikintisinə rəhbərlik edirmiş. 1986-cı ildə həmin layihə başa çatdıqdan sonra Bakıya qayıdıblar. Orta təhsilini ingilis dili təmayüllü Dəmir yolu məktəbində, ali təhsilini isə Bakı Dövlət Universitetinin biologiya fakültəsində alıb. İngiltərənin Vestminister Universitetində magistr dərəcəsinə yiyələnib. Bundan sonra Yaponiyaya turist gəzintisinə gəlib. Zəngin yapon mədəniyyəti onu özünə necə cəlb edibsə, burada qalaraq onu tədqiq etməyə başlayıb. Kanazava şəhərində yerləşərək, həm yapon dilini öyrənib, həm də tədqiqatla məşğul olub. 2013-cü ildə Kanazava Universitetində tibb üzrə fəlsəfə doktoru dərəcəsini alıb. BMT-nin Universitetində layihə assistenti kimi elmi fəaliyyətini davam etdirib. Bununla yanaşı, İşikava prefekturası beynəlxalq əməkdaşlığın təşviqi şöbəsinin üzvüdür.

Hazırda Azərbaycanın Yaponiyadakı səfirliyi ilə sıx əlaqə saxladığını, 2020-ci ildə Tokiodakı keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədar Yaponiyanın bölgələrindən gələn sorğulara cavab olaraq Azərbaycan barədə məlumatlar verdiyini bildirdi. O əlavə etdi ki, Rio Olimpiadasında idmançılarımızın uğurlu çıxışı, xüsusən bəzi idman növlərində final yarışları zamanı azərbaycanlı idmançıların yaponlarla qarşılaşması Yaponiyada Azərbaycana çox böyük maraq yaradıb. Eyni zamanda, son illər “Made in Azerbaijan” brendli məhsullar da Yaponiya bazarında özünə yer etməyə başlayıb. Təbiiliyi və yüksək keyfiyyəti ilə seçilən bu məhsullar yaponlar tərəfindən böyük maraqla qarşılanır.

Komatsu ilə Azərbaycan arasında əlaqələrin “Silk Way West Airlines” şirkətinin iki il bundan əvvəl karqo uçuşları ilə başladığını bildirən həmyerlimiz qeyd etdi ki, məhz bu reyslər yaponlar tərəfindən ölkəmizə olan marağın artmasına səbəb olub. Azərbaycan səfirliyinin təşəbbüsü ilə Komatsu nümayəndə heyəti cari ildə Azərbaycan səfər edərək Mingəçevir şəhərində və Xətai rayonunda olub.

Yaponiya nümayəndə heyətinin Azərbaycana səfərdən çox xoş təəssüratlara qayıtdığını vurğulayan həmyerlimiz bildirib ki, yapon tərəfi Azərbaycanla siyasi, iqtisadi, mədəni və regional əməkdaşlıqla yanaşı, təhsil sahəsində də əlaqələri genişləndirmək niyyətindədir. Səfər zamanı nümayəndə heyətinin tərkibində olan Komatsu Universitetinin rektoru Bakı Dövlət Universitetində keçirilən görüşdə belə bir təşəbbüslə çıxış edib və həmin təklif böyük rəğbətlə qəbul edilib. Əldə edilən razılaşmaya əsasən, iki universitet arasında təcrübə mübadiləsi, müəllim-tələbə heyətlərinin qarşılıqlı səfərləri və birgə layihələr nəzərdə tutulur. Gələn ildən başlayaraq bu əlaqələrin intensivləşdirilməsi qərara alınıb.

Həm Kanazava, həm də Komatsu şəhərləri barədə məlumat verən Aidə xanım bildirdi ki, Yaponiyanın qərbində yerləşən bu şəhərlər həm yüksək texnologiyaları, həm də müasir avadanlıq, nəqliyyat və tikinti maşınlarının istehsalı üzrə mərkəzlər kimi bütün dünyada yaxşı tanınıb. Bu şəhərlərlə əməkdaşlıq Azərbaycan üçün çox faydalı ola bilər. Həmyerlimiz xüsusi vurğuladı ki, Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlığın inkişafı üçün əlindən gələni etməyə hazırdır və çalışacaq ki, bu əlaqələr bütün sahələrdə inkişaf etsin.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib