CƏMİYYƏT
Ailə 10 ildən sonra övlad sahibi olub
Bakı, 19 avqust, AZƏRTAC
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna müraciət edən ailə 10 il sonsuzluq sonrası sağlam şəkildə övladına qovuşub.
AZƏRTAC Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, ekstrakorporal mayalanma sonrası hamiləlik, yaş faktoru, yüksək təzyiq, bağırsaq və bir sıra problemlərdən əziyyət çəkən ana-namizəd hamiləliyin ilk həftəsindən həkim mama-ginekoloq Xəyalə Təhməzinin nəzarətində olub. Vəziyyəti ilə əlaqədar hamiləyə ambulator müalicə ilə yanaşı hamiləliyin patologiyası şöbəsində davamlı olaraq stasionar tibbi xidmət də göstərilib.
9 aylıq periodun sonunda icbari tibbi sığorta çərçivəsində uğurla icra olunan qeysəriyyə kəsiyi əməliyyatı ilə sağlam qız uşağı dünyaya gəlib.