CƏMİYYƏT


“Ailədə müsbət valideynlik” mövzusunda online forum keçiriləcək

Bakı, 7 yanvar, AZƏRTAC

Yanvarın 9-da saat 15:00 – 17:00 aralığında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, uşaq inkişafı mütəxəssisi Ceyran Rəhmətullayeva tərəfindən “Ailədə müsbət valideynlik” mövzusu üzrə Komitənin rəsmi veb-saytında online forum keçiriləcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mövzu ətrafında vətəndaşların sualları online şəkildə operativ qaydada cavablandırılacaq.

Sual ünvanlamaq istəyən şəxslər həm də Komitənin rəsmi facebook səhifəsindən də istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.