ELM VƏ TƏHSİL


Akademik Gövhər Baxşəliyeva: Prezidentin Fərmanı müstəqil dövlətimizin elmi-texniki tərəqqisini sürətləndirən mühüm sənəddir

Bakı, 30 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında” Sərəncamı digər sahələr kimi elmin də qarşısında mühüm vəzifələr qoyur.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.

Gövhər Baxşəliyeva bildirib ki, Prezidentin iyulun 28-də imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərman da qeyd olunan Strategiyadan irəli gəlir, onun ruhundan və məqsədlərindən doğur. Bu, eyni zamanda, respublikamızda elmin inkişafını stimullaşdıracaq, həm də elmlə təhsilin inteqrasiyasını sürətləndirəcək mühüm bir Fərmandır. Müasir dünyada elmin, texnikanın, təhsilin inkişafı olmadan, onlar zamanın çağırışlarına adekvat cavab vermədiyi halda milli tərəqqini təmin etmək mümkün deyil.

“Bu Fərman çoxdan gözlənilən idi. Dövrün tələbidir. Müstəqil dövlətimizin elmi-texniki tərəqqisini sürətləndirən, həm də şərtləndirən mühüm Fərmandır. Elmlə təhsilin inteqrasiyasına güclü təkan verəcək bu Fərman xalqımızın köklü mənafeyindən irəli gəlir. O ki qaldı bütövlükdə Elmlər Akademiyasına, o, bir sıra humanitar və ictimai yönümlü institutları ilə öz fəaliyyətini yeni şəraitdə daha böyük əzmlə davam etdirəcək”,- deyə akademik Gövhər Baxşəliyeva qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.