Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır

Akademik İsa Həbibbəylinin elmi və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq məfkurəsi dayanır

Bakı, 16 oktyabr, AZƏRTAC

XX əsrin əvvəllərində Azərbaycan romantik lirikası, Cəlil Məmmədquluzadə, “Molla Nəsrəddin” ədəbi məktəbi, Azərbaycan ədəbiyyatının mərhələ və problemləri haqqında tədqiqatların, eləcə də Heydər Əliyev dövlətçilik təliminə, Naxçıvana aid çoxsaylı kitabların, müxtəlif mövzularda yüzlərlə məqalənin müəllifi olan akademik İsa Həbibbəyli məhsuldar yaradıcılığı və fəaliyyəti ilə elmi-ədəbi məktəb yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəylinin elmi, pedaqoji, təşkilati, ictimai fəaliyyəti bir amala söykənir - xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, elmimizin inkişafına töhfələr vermək.

AZƏRTAC akademik İsa Həbibbəylinin doğum günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

İsa Əkbər oğlu Həbibbəyli 1949-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1980-ci ildə “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” mövzusunda namizədlik, 1996-cı ildə “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

Müxtəlif problemlərə həsr olunmuş 12 monoqrafiyanın, 2000-dən çox elmi məqalənin, çoxsaylı tədqiqatların müəllifi, eləcə də bir sıra kitabların redaktoru və elmi məsləhətçisi olan alimin əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa, Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran, İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Litva, Gürcüstan, Türkmənistan və başqa ölkələrdə nəşr edilib.

İsa Həbibbəylinin fəaliyyətinin bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. Bu təhsil ocağının ölkəmizdə və dünyada tanınmasında onun böyük zəhməti var. İyirmi ilə yaxın Naxçıvan Dövlət Universitetinin rektoru işləyən İsa Həbibbəyli istedadlı tələbələrə hər zaman mənəvi dəstək olub, onların sevimlisinə çevrilib.

2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti seçilən alim elə həmin ildən Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsində çalışır. Onun rəhbərliyi ilə institut bu gün Azərbaycanda humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib.

Akademik İsa Həbibbəylinin çoxillik elmi tədqiqatları ədəbiyyatşünaslığın bütün əsas istiqamətlərini əhatə edir. Onun “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyası təkcə ədəbiyyatşünaslıq üçün deyil, eyni zamanda, humanitar və ictimai elmlərin başqa sahələri üçün də yararlı olub, bu elmlərin daha konseptual şəkildə öyrənilməsinə mühüm zəmin yaradır. Alimin ədəbi cərəyanlar haqqında tədqiqatları bu sahənin yenidən öyrənilməsinə mühüm elmi töhfədir. O, həmçinin satiranın ədəbi növlərdən biri olduğunu nəzəri cəhətdən əsaslandırıb və onun janrlarını müəyyənləşdirib.

İsa Həbibbəyli görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı, yaradıcılığı, müasirlərinin və mollanəsrəddinçi ədəbiyyatın əsas tədqiqatçılarından biri hesab olunur. “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası ədəbiyyatşünaslıqda sanballı tədqiqat əsəridir. O, Cəlil Məmmədquluzadənin naməlum dram əsərlərini, felyetonlarını, məqalələrini, şeirlərini və məktublarını ilk dəfə üzə çıxararaq çap etdirib. Cəlil Məmmədquluzadənin nəsil şəcərəsini dərindən araşdıran İsa Həbibbəyli yazıçının Fransa, Polşa və İranda yaşayıb-yaradan nəslinin davamçılarını axtarıb tapıb, onlarla əlaqələr qurub.

Alim, həmçinin Nizami Gəncəvi, Şəms Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Saib Təbrizi, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Hüseyn Cavid, Firudin bəy Köçərli, Səməd Vurğun, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz və başqaları haqqında maraqlı tədqiqatları ilə tanınır.

Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsasında azərbaycançılıq və milli dövlətçilik məfkurəsi dayanır. “Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabları onu elmi-ədəbi mühitdə Heydər Əliyev məktəbi ideallarının ləyaqətli davamçılarından biri kimi səciyyələndirir.

Azərbaycançılıq ruhunu İsa Həbibbəylinin hələ gənc yaşlarından başladığı poetik yaradıcılığında da görmək mümkündür.

Alimin çoxşaxəli yaradıcılığında Naxçıvan mövzusu özünəməxsus yer tutur. “Əsrin dörddə biri”, “Araz üstə Universitet”, “Mustafa Kamal Atatürk və Naxçıvan”, “İntibahın 15 ili” və digər kitablarında, eləcə də irihəcmli “Nuhçıxandan Naxçıvana”, “Naxçıvan xalçaçılığı: ənənə və müasirlik”, “Duzdağ mozaikası” monoqrafik araşdırmaları nəticəsində çağdaş dövrün hərtərəfli “Naxçıvannamə” epopeyası yaranıb.

İsa Həbibbəyli həm də çox istedadlı natiqdir. Müxtəlif tədbirlərdə dövlətimizin siyasətini, elmimizin uğurlarını yorulmadan təbliğ etməsi bunu bir daha təsdiqləyir. O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini xarici ölkələrdə də geniş təbliğ və təşviq edir. Onun fikrincə, bu missiya hər bir ziyalının mənəvi borcudur.

Akademik İsa Həbibbəylinin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə layiq görülüb.

AZƏRTAC-ın kollektivi akademik İsa Həbibbəylini doğum günü münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib