Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Akademik İsmayıl Hacıyev: Naxçıvanın ixrac potensialı daha da artacaq

Naxçıvan, 14 fevral, Rauf Kəngərli, AZƏRTAC

İdxaldan ixraca doğru keçilən şərəfli yol

Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası misilsiz inkişaf yolu keçib. Qısa vaxt ərzində belə bir yeniləşmə və yüksəlişə nail olmaq çox çətindir. Muxtar respublikada həyata keçirilən quruculuq, abadlıq və yenidənqurma işləri, yeni sənaye müəssisələrinin yaradılması, yerli istehsal sahələrinin genişləndirilməsi ümummilli lider Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi nəticəsində mümkün olub. Son illərdə yeni istehsal və xidmət sahələrinin fəaliyyətə başlaması daxili bazarda məhsul bolluğu yaratmaqla bərabər, muxtar respublikanın ixrac potensialını artırıb, idxalın həcmini isə azaldıb.

Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib.

Akademik bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında 2020-ci il “İxrac ili” elan edilib. Həmin Sərəncamda deyilir: “Həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmış, yerli istehsalın şaxələndirilməsi xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərmişdir”.

Müstəqilliyin ilk illərində muxtar respublika iqtisadiyyatının idxaldan xeyli dərəcədə asılı olduğunu vurğulayan İsmayıl Hacıyev qeyd edib ki, Sovetlər Birliyi dövründə iqtisadi əlaqələr bəzən düzgün qurulmadığından, ikili siyasət aparıldığından regionlara, onların iqtisadi inkişafına lazımi diqqət yetirilmirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələndən sonra – XX əsrin 70-ci illərində bu prosesə lazımi diqqət göstərilib, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üçün bir sıra tarixi qərarlar qəbul olunub. Ulu Öndər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən xarici iqtisadi əlaqələrin əsasını yaradıb, ikinci dəfə Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra bu işi müstəqil dövlət quruculuğu istiqamətində daha böyük qətiyyətlə davam etdirib. İqtisadiyyatın inkişafı və qarşıya çıxan problemlərin həlli xarici iqtisadi, eləcə də xarici ticarət əlaqələrinin necə qurulmasından asılıdır. Ona görə də müasir dövrdə xarici iqtisadi əlaqələr iqtisadiyyatın inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Muxtar respublikada ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranıb

İsmayıl Hacıyev deyib: “Bəhs olunan dövrdə yaxın xarici dövlətlərlə iqtisadi əlaqələrin qurulmasında Ümummilli Liderimizin müstəsna rolu olub. Naxçıvanda işlədiyi zaman Ulu Öndərin qonşu və qardaş Türkiyə ilə qurduğu əlaqələr diyarımızın taleyi üçün mühüm əhəmiyyət kəsb edib. Görkəmli dövlət xadiminin 1992-ci ilin martında Türkiyə Cümhuriyyətinə, həmin ilin avqustunda İran İslam Respublikasına səfərləri, səfər zamanı imzalanmış əməkdaşlıq protokolları Naxçıvanın iqtisadi əlaqələrinin genişlənməsinə səbəb olub. Sonrakı illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları regionlarda əlverişli investisiya mühiti yaradıb, infrastruktur yenilənib, sahibkarlıq genişlənib, xarici iqtisadi əlaqələrin coğrafiyası artıb, müasirtipli istehsal müəssisələri yaradılıb. 2003-cü illə müqayisədə 2008-ci ildə muxtar respublikada ümumi daxili məhsulun həcmi 5 dəfə artıb. Bu müddətdə sənayedə 9, kənd təsərrüfatında 2, əsaslı vəsait qoyuluşlarının həcmində isə 5 dəfə artım müşahidə edilib. 2009-cu ilin birinci yarım ilində isə ən yüksək göstərici xarici ticarət sektorunda baş verib. 1995-ci ildə 1 milyon 937 min, 2009-cu ilin altı ayı ərzində isə 49 milyon 354 min 900 ABŞ dolları həcmində ixrac olub. Beləliklə, muxtar respublikada ilk dəfə olaraq 2009-cu ildə xarici ticarətdə müsbət saldo yaranıb. 2010-cu və sonrakı illərdə də bu proses uğurla davam etdirilib”.

AMEA Naxçıvan Bölməsinin sədri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun birbaşa rəhbərliyi və bu istiqamətdə gördüyü işlər, nəticə etibarilə, muxtar respublikada iqtisadi inkişafa, rəqabətqabiliyyətli məhsulların istehsalına və ixrac potensialının artmasına səbəb olub.

Tarixi nailiyyət: 30 ildir blokada vəziyyətində yaşayan Naxçıvan elektrik enerjisinin ixracatçısına çevrilib

Sənaye müəssisələrinin yaradılması, enerji təhlükəsizliyinin təmin edilməsi, yeni elektrik stansiyalarının qurulması həm sənaye mallarının, həm də elektrik enerjisinin ixracını təmin etdiyini bildirən akademik diqqətə çatdırıb ki, 2003-cü ildə muxtar respublikada 66 sənaye müəssisəsi, 1 elektrik enerjisi istehsal edən müəssisə fəaliyyət göstərirdisə, 2019-cu ildə müvafiq olaraq onların sayı 442 və 9-a çatıb. Əgər 2003-cü ildə muxtar respublikaya 949 milyon kilovat-saat elektrik enerjisi idxal olunmuşdursa, 2018-ci ildə 32,4 milyon kilovat-saat elektrik enerjisi ixrac olunub. Xarici ticarət dövriyyəsi ilbəil artıb və ixrac idxalı üstələyib. 2015-ci ildə 512 milyon 354 min 500 ABŞ dolları həcmində xarici ticarət dövriyyəsi yaranıb ki, bunun da 414 milyon 420 min 600 ABŞ dollarını ixrac, 97 milyon 933 min 900 ABŞ dollarını isə idxal təşkil edib. 1995-ci illə müqayisədə xarici ticarət dövriyyəsi 2015-ci ildə 26,9, o cümlədən ixracın həcmi 213,9 dəfə artıb. 2015-ci ildə xarici ticarətdə 316 milyon ABŞ dollarından artıq həcmdə müsbət saldo yaranıb.

2019-cu ildə xarici ticarət dövriyyəsində 354 milyon 10 min ABŞ dollarından çox dəyərdə müsbət saldo yaranıb

İsmayıl Hacıyev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, dünyaya açılması, yerli istehsal məhsulları ilə yaxın və uzaq ölkələrin bazarlarına yol tapması, xarici ölkələrin sahibkarlarının maraq dairəsinə çevrilməsi, yerli sahibkarlığın inkişafı muxtar respublikanın xarici ticarət dövriyyəsinin dinamik artımını təmin edib. Aparılan sənayeləşmə və ixracyönlü məhsul istehsalı uğurlu nəticələr verib, 2009-cu ildən başlayaraq ixracın həcminin idxalı üstələməsi sonrakı illərdə də davam edib. 2019-cu ildə muxtar respublikanın xarici ticarət dövriyyəsi 497 milyon 68 min 600 ABŞ dolları təşkil edib. Xarici ticarət dövriyyəsinin 425 milyon 539 min 400 ABŞ dollarını ixrac, 71 milyon 529 min 200 ABŞ dollarını idxal təşkil edib və 354 milyon 10 min 200 ABŞ dolları dəyərində müsbət saldo yaranıb.

Naxçıvan dayanıqlı inkişafına görə ölkəmizin regionları arasında liderliyini qoruyur

“Bu gün artıq Naxçıvan Muxtar Respublikası dayanıqlı inkişafa malik, ixrac imkanlarını hər il daha da artıran müasir bir diyar kimi nüfuzlu beynəlxalq qurumların, investorların da diqqətini cəlb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club”un ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqinə görə Naxçıvan Muxtar Respublikası 2 il ard-arda ən yüksək ümumi bal toplayaraq investisiya reytinqində lider olub”, - deyən AMEA Naxçıvan Bölməsinin sədri bildirib ki, muxtar respublikada sahibkarlığa göstərilən diqqət və qayğının nəticəsi olaraq yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, mövcud istehsal müəssisələrinin yenidən qurulması istiqamətində aparılan uğurlu islahatlar bu sahənin sürətli inkişafına zəmin yaradıb. İstər ölkəmizdə, istərsə də xaricdə keçirilən beynəlxalq iqtisadi tədbirlərdə, o cümlədən biznes forumlar, sərgilər, seminar və konfranslarda naxçıvanlı sahibkarların iştirakı da muxtar respublikanın ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illər keçirilmiş 200-dən çox yerli və beynəlxalq əhəmiyyətli tədbirdə muxtar respublikadan 1000-dən çox nümayəndə iştirak edib, 500-dən çox çeşiddə məhsul Rusiya, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Türkiyə, Belarus, Avstriya, Polşa, İran və digər ölkələrdə nümayiş olunub.

Sahibkarlıq inkişaf etdirilir

Muxtar respublikada fəaliyyət göstərən şirkətlərin ixrac imkanlarından da danışan akademik qeyd edib ki, “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqına məxsus şirkətlər tərəfindən istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, Müstəqil Dövlətlər Birliyi ölkələrinə də ixrac olunur. Holdinq Türkiyədə, Rusiyada, İsveçrədə, Birləşmiş Ərəb Əmirliklərində və Çin Xalq Respublikasında öz filiallarını açaraq xarici bazarlarda təmsil olunmağa başlayıb, Rusiyanın Moskva, Türkiyənin İğdır şəhərlərində yeni satış mərkəzləri yaradılıb. Bunlarla yanaşı, Bakı, Gəncə, Masallı, Quba, Goranboy və Şəki şəhərlərində xidmət sahələri açılıb.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüşü zamanı deyib: “İstehsal olunan məhsulların ixrac potensialını yaratmadan özəl bölmənin inkişafından danışmaq mümkün deyil. Bu sahədə dövlət üzərinə düşən vəzifələri yerinə yetirir, sahibkarlara dəstək verir, ixracın təşviqi sahəsində ardıcıl tədbirlər görülür. Nəticə uğurludur. 10 ildən artıqdır ki, muxtar respublikanın xarici ticarət dövriyyəsində müsbət saldo qeydə alınır. 2019-cu ildə də muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcmi 497 milyon ABŞ dollarından çox olmuş, ticarət əməliyyatlarının 85 faizindən çoxu ixracın payına düşmüşdür”.

Muxtar respublika bütün istiqamətlər üzrə böyük uğurlar qazanıb

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib: “Muxtar respublikamız bütün istiqamətlər üzrə böyük nailiyyətlər qazanıb. Ölkə Prezidenti İlham Əliyev Naxçıvanda aparılan irimiqyaslı quruculuq tədbirlərini, sosial-iqtisadi inkişafdakı davamlı və sürətli dəyişiklikləri yüksək qiymətləndirib: “Naxçıvan son illər ərzində böyük dərəcədə inkişaf etmişdir, həm sosial sahədə, iqtisadi sahədə, sənaye potensialının möhkəmləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Bu, çox sevindiricidir. Xüsusilə nəzərə alsaq ki, Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir”. 

Bütün bunlar bir daha göstərir ki, muxtar respublikamızın sosial-iqtisadi inkişafı davamlı olduğu kimi, onun ixrac potensialı da ilbəil artmaqdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir