Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Rasim Əliquliyev: Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər formalaşır

Akademik Rasim Əliquliyev: Ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər formalaşır

Bakı, 21 iyun, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyevin təqdim etdiyi “E-dövlətin informasiya təhlükəsizliyinin idarə edilməsi modelləri və metodları” mövzusunda dissertasiya işinin müdafiəsinə həsr olunmuş elmi seminarda tədqiqat işinə dair fikirlərini bölüşüb.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, dissertasiya işi üzrə elmi məsləhətçi kimi çıxış edən akademik Rasim Əliquliyev mövzunun aktuallığını önə çəkib. Elektron dövlətin informasiya təhlükəsizliyi probleminin həllinə yönəlmiş tədqiqat işinin mövzusunun dövlət, cəmiyyət və elm üçün son dərəcə əhəmiyyətli olduğunu, dissertasiya işində elektron dövlətin informasiya təhlükəsizliyinin idarə olunması ilə bağlı model və metodların təqdim edildiyini qeyd edib.

“Müasir dövrdə dünyada kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi anlayışları müxtəlif variasiyalarda istifadə oluna bilir. Hazırda bütün dünyada gedən proseslər informasiya texnologiyalarının və müxtəlif qabaqcıl texnologiyaların tətbiqi ciddi reallıqların ortaya çıxmasına səbəb olub. Bunun müsbət tərəfləri olduğu kimi, mənfi cəhətləri də vardır. Belə ki, bu kimi texnologiyalar bədniyyətli dövlətlər, təşkilatlar və ya şirkətlərin əlində çox təhlükəli alətə çevrilir, ayrı-ayrı dövlətlərə, banklara böyük ziyan vurulur. Bu problem artıq dünyanın taleyini həll edəcək problemlər sırasında qeyd olunur və vəziyyət getdikcə daha ciddi xarakter alır. Bu baxımdan Azərbaycanda da belə bir tədqiqatın aparılması təqdirəlayiqdir”, - deyə akademik vurğulayıb.

Alim bildirib ki, həm ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizdə informasiya texnologiyalarının cəmiyyətin bütün sferalarında, dövlətin idarə olunmasında və s. geniş tətbiq olunmasına daim xüsusi diqqət yetirilib və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla, yüksələn xətlə davam etdirilir. Akademikin sözlərinə görə, müvafiq dövlət siyasəti kibertəhlükəsizlik problemini aktuallaşdırır, onunla bağlı problemlərin həllini müxtəlif qurumların, o cümlədən alimlərin qarşısında mühüm vəzifə kimi qoyur və bu səbəbdən artıq bir neçə onillikdir ki, İnformasiya Texnologiyaları İnstitutunda informasiya təhlükəsizliyi istiqamətində elmi tədqiqatlar aparılır.

Bu gün artıq AMEA-nın qəbul etdiyi prioritetlər arasında informasiya təhlükəsizliyinin getdikcə aktual elmi istiqamət kimi tanındığını bildirən akademik təqdim olunan dissertasiya işində qeyd olunan aktual məsələlərin, eyni zamanda, dövlət sifarişi əsasında yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, ölkə Prezidenti və parlament tərəfindən informasiya texnologiyaları, o cümlədən e-imza, e-ticarət, fərdi və biometrik məlumatlar haqqında ilə bağlı qəbul edilmiş bir sıra normativ-hüquqi aktların hazırlanması prosesində, eləcə də müvafiq dövlət proqramlarının həyata keçirilməsində İnformasiya Texnologiyaları İnstitutu, xüsusən institutun şöbə müdiri Yadigar İmamverdiyev yaxından iştirak edib.

Alim rəhbərlik etdiyi qurumda bulud əsaslı texnologiyalar, 4-cü sənaye inqilabına əsaslanan kiber-fiziki sistemlər, bütün bu texnoloji kritik infrastrukturu əhatə edən elektron dövlət modellərinin araşdırıldığını, elektron dövlətlə bağlı proseslərin daim izlənildiyini və öyrənildiyini diqqətə çatdırıb. Bildirib ki, ölkə səviyyəsində müşahidələrin aparılması, monitorinqlərin keçirilməsi, müntəzəm olaraq ayrı-ayrı kritik strukturlardan, hesabatlardan, beynəlxalq reytinqlərdən, kompüter insidentlərinə qarşı fəaliyyət göstərən texnoloji qruplardan alınan məlumatları toplamaq, analiz etmək, ölkədə bu sahədəki trendləri araşdırmaq, bu istiqamətdə riskləri qiymətləndirmək, ona qarşı tədbirlər görmək müvafiq problemlərin həlli üçün son dərəcə əhəmiyyətlidir.

“Dissertasiya işində əldə olunmuş mühüm elmi nəticələr yalnız Azərbaycanla məhdudlaşmır, problem qlobal xarakter daşıyır. Elmi tədqiqatda irəli sürülən ideyalar, yanaşmalar başqa ölkələrdə də böyük müvəffəqiyyətlə istifadə oluna bilər. Təsadüfi deyil ki, tədqiqat çərçivəsində hazırlanmış məqalələr nüfuzlu beynəlxalq bazalarda indeksləşdirilib, informasiya təhlükəsizliyi sahəsində yüksək impakt faktora malik olan elmi nəşrlərdə çap olunub”, - deyə bildirən alim gərgin əməyin nəticəsi olan tədqiqat işini yüksək qiymətləndirib.

R.Əliquliyev dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini qeyd edərək, tədqiqat işi ilə bağlı Cənubi Koreyanın Milli Elm Fondu, ABŞ-ın Mülki Tədqiqatların İnkişafı Fondu, eləcə də, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan Respublikasının Elmin İnkişafı Fondunun qrantlarının əldə edildiyini vurğulayıb.

Elmi məsləhətçi dissertasiya işində elmtutumlu araşdırmaların aparıldığını, mühüm elmi nəticələrin əldə olunduğunu, problemin həlli üçün yeni yanaşmaların ortaya qoyulduğunu nəzərə çatdırıb. Qeyd edib ki, müzakirə olunan dissertasiya işində alimin bir sıra məsələləri elmi problem kimi ortaya qoyması, onların həlli yollarının tapılması və s. istiqamətlərdə müəyyən elmi nailiyyətlər əldə etməsi mühüm bir prosesin başlanğıcıdır. Artıq ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində yüksəkixtisaslı mütəxəssislər formalaşır. Alimlərimizin qarşısında elektron dövlətin informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, milli informasiya təhlükəsizliyi və s. kimi istiqamətlərin araşdırılması vəzifəsinin dayandığını bildirən akademik, tədqiqat işinin gələcəkdə də davam etdirilməsi zərurəti ilə bağlı tövsiyələrini səsləndirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi