ELM VƏ TƏHSİL


Akademik: Tarla seminarı mədəni bitkilərin yeni sortlarının yaradılması və tətbiqində xüsusi əhəmiyyət kəsb edir

Bakı, 14 may, AZƏRTAC

Mayın 20-də AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində, Qarabağ Elmi-Tədqiqat Bazasında növbəti tarla seminarı keçiriləcək.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova məlumat verib. Akademik qeyd edib ki, sözügedən tədbir ölkə başçısının çağırışlarından irəli gələrək respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində, mədəni bitkilərin yeni sortlarının yaradılması və tətbiqində, eləcə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafında xüsusi əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.