ELM VƏ TƏHSİL


Akademik: Tədqiqatlardan 46-sı mühüm elmi nəticə kimi dəyərləndirilib

Akademik: Tədqiqatlardan 46-sı mühüm elmi nəticə kimi dəyərləndirilib

Bakı, 26 yanvar, AZƏRTAC

AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi (FRTEB) üzrə ötən il mühüm elmi nəticələr əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, FRTEB-nin Elmi şurasının sədri, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev bölmənin 2022-ci il üzrə illik hesabatının müzakirəsinə həsr olunmuş səyyar iclasında məlumat verib.

Akademik qeyd edib ki, bölmə üzrə 7 elmi istiqamət üzrə 37 problemə aid 108 mövzu üzrə 272 tədqiqat işi aparılıb. Bu tədqiqatlardan 46-sı bölmə tərəfindən müzakirə edilərək mühüm elmi nəticə kimi dəyərləndirilib.

AMEA-nın vitse-prezidenti bölməyə daxil olan müəssisələrin əməkdaşları tərəfindən 69 kitab (9-u xaricdə), 1778 məqalənin (957-si nüfuzlu xarici elmi jurnallarda) dərc olunduğunu, bu məqalələrin 529-nun “Web of Science” və “Scopus”, 533-nün isə digər bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü gördüyünü diqqətə çatdırıb. Akademik R.Əliquliyev bu göstəricilərin əvvəlki illərlə müqayisədə yüksək olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.