Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Akademik Vahid Hacıyev Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində mühüm xidmətlər göstərib

Akademik Vahid Hacıyev Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində mühüm xidmətlər göstərib

Bakı, 14 fevral, AZƏRTAC

Fevralın 14-də respublikamızda və beynəlxalq elm aləmində tanınmış görkəmli botanik, istedadlı pedaqoq və elm təşkilatçısı, uzun illər (1988-2008) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutuna rəhbərlik etmiş, biologiya elmləri doktoru, “Şöhrət” ordenli akademik Vahid Hacıyevin anadan olmasının 90 ili tamam olur. Alimin Azərbaycan elminin inkişafına, dünyada təbliğinə töhfələri daim böyük ehtiramla xatırlanır.

AZƏRTAC Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadənin V.Hacıyevin həyat və fəaliyyətinə həsr olunan məqaləsini təqdim edir.

Vahid Cəlal oğlu Hacıyev 1928-ci ildə Azərbaycanın dilbər guşəsi olan Şuşada dünyaya göz açıb. O, 1943-cü ildə Tərtər şəhərində orta məktəbi bitirdikdən sonra Gəncə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Kənd Təsərrüfatı Akademiyası) tarlaçılıq fakültəsinə daxil olub. V.Hacıyev ali təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində geobotanik kimi fəaliyyətə başlayıb. Elmi tədqiqatlarını daha dərindən davam etdirmək arzusu onu 1949-cu ildə Sankt-Peterburqda keçmiş SSRİ Elmlər Akademiyasının V.Komarov adına Botanika İnstitutunun aspiranturasına istiqamətləndirib. V.Hacıyev 1952-ci ildə “Azərbaycanın quraqlığa davamlı paxlalı yem bitkiləri və onlardan qış otlaqlarında istifadə imkanları” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək Azərbaycanа qayıdıb. Respublika ərazisində yüksək dağ çəmənlərinin geobotaniki tədqiqat işlərinin çox səthi və aşağı səviyyədə olduğunu görən alim geobotanikanın məhz bu sahəsini əsaslı öyrənməyi və inkişaf etdirməyi qərara alır. Gərgin elmi axtarışlar bəhrəsini verir. 1966-cı ildə о, “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində), onun dinamikası və təsərrüfat əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edib.

V.Hacıyevin elmi-təşkilati fəaliyyəti çoxpilləli olub. О, 1952-1957-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda kiçik, daha sonra baş elmi işçi vəzifələrində çalışıb. Alimin hələ gənc ikən gözəl təşkilatçılıq bacarığı nəzərə alınaraq ona 1957-1958-ci illərdə Botanika bağının direktoru vəzifəsini icra etmək həvalə olunub. V.Hacıyev 1958-1972-ci, daha sonra isə 1978-1988-ci illərdə Botanika İnstitutu direktorunun elmi işlər üzrə müavini, 1988-ci ildən ömrünün sonuna kimi bu elm müəssisəsinin direktoru vəzifələrində çalışıb.

Görkəmli akademik yüksək dağ çəmənlərinin flora və bitki örtüyünə dair tədqiqatlara diqqət yetirib, elmi fəaliyyətinin əhatə dairəsini genişləndirərək Böyük və Kiçik Qafqazın, Talışın yüksək dağ çəmənlərini hərtərəfli və dərindən öyrənib. Tədqiqatlarında geobotanikanın klassik və müasir metodlarından, həmçinin bitki örtüyünün aerokosmik və məsafə metodlarından istifadə etməklə onların öyrənilməsinə geniş yer verən alimin bilavasitə elmi rəhbərliyi və iştirakı ilə Azərbaycanın qış (1,5 milyon hektar) və yay (0,5 milyon hektar) otlaqlarının ən müasir geobotaniki tədqiqi və pasportlaşdırılması aparılıb. V.Hacıyev uzun illər apardığı hərtərəfli elmi müşahidələr və çöl tədqiqatları zamanı topladığı zəngin materiallar əsasında Azərbaycandа yüksək dağ bitkiliyinə həsr olunan “Böyük Qafqazın yüksək dağ bitkiliyi (Azərbaycan daxilində) və onun təsərrüfat əhəmiyyəti” (1970), “Böyük Qafqazın yüksək dağ bitkiliyi formasiyalarının dinamikası və məhsuldarlığı” (1974) monoqrafiyalarını nəşr etdirib. Həmin əsərlərdə dağ yamaclarının bərpasında və heyvandarlığın inkişafında xüsusi əhəmiyyəti olan Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik təhlili verilib, dominant və subdominant bitki formasiyalarının geobotaniki səciyyəsi və bitki örtüyünün dinamikası, ekzogen və endogen, xüsusilə antropogen amillərin təsiri açıqlanıb.

“Talışın yüksək dağ çəmənlərinin florası və bitkiliyi” (1979) əsərində alim Talışın endemik növlərinin Hirkan mənşəli bitkilər olmaqla genetik cəhətdən Mərkəzi Anadolu və İran növ əmələgəlmə mərkəzləri ilə sıx qohumluq əlaqələrinin olduğu fikrini irəli sürüb və ilk dəfə Talışın yüksək dağ-çəmən bitki tiplərinin formalaşmasının əsas fitosenoloji parametrlərinin dinamikasını araşdıraraq geobotanikа və floristika sahəsində çox mühüm elmi və tətbiqi nəticələrin alınmasına əsas verib.

Akademik V.Hacıyevin elmi tədqiqatları içərisində faydalı, nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi baxımından Moskvada 1985-ci ildə nəşr edilən “Zaqatala qoruğu” adlı irihəcmli əsəri də diqqəti cəlb edir. Əsərdə Zaqatala qoruğunun təşkilindən, onun flora və bitkiliyindən, yayılmış nadir bitkilərinin qorunmasından ətraflı bəhs olunur və elmi tövsiyələr verilir.

1990-cı ildə nəşr edilən “Kiçik Qafqazın bitki örtüyü” monoqrafiyasında müəllif Alp qurşağının petrofil bitki qruplaşmasının Qafqazın qədim kreofil bitkilərindən biri kimi səciyyələndirib, qayalı, daşlı və çınqıllı sahələrdə rast gəlinən bitkilərin isə Pleystosen və yuxarı Miosen dövründə avtoxron yolla əmələ gəldiklərini açıqlayıb.

АМЕА-nın müxbir üzvü S.Musayevin həmmüəllifliyi ilə 1996-cı ildə nəşr edilən “Azərbaycanın Qırmızı və Yaşıl kitablarına tövsiyə olunan bitki və bitki formasiyaları” əsərində nadir və ya məhv olmağa məruz qalan 416 növ bitki haqqında, otlaq və biçənəklərimizdə sıradan çıxmış bitki formasiyaları haqqında dəyərli məlumatlar toplanıb.

Vahid Hacıyevin geniş elmi tədqiqatları bitkilərin təsnifatı sahəsini də əhatə edib. Belə ki, müəlliflərindən biri olduğu səkkiz cildlik “Flora Azerbaydjana” əsərinin V-VIII cildləri üçün alim beş fəsilə, 25 cinsə aid işlədiyi 84 növün elmi təsvirini verib. Alimin, həmçinin 1989-cu ildə kollektivin ümumi səyi nəticəsində tərtib olunaraq nəşr edilən Azərbaycan florasının nadir, relikt, endemik növlərindən olan 140 bitkini əhatə edən “Azərbaycanın Qırmızı kitabı” (II hissə) əsərində həmin bitkilərin yayılmasına, qorunmasına dair kifayət qədər əməli təkliflər verilib.

Azərbaycanda, həmçinin keçmiş Sovet İttifaqında və digər xarici ölkələrdə nəşr edilən 350-dək elmi işin, o cümlədən yeddi monoqrafiyanın müəllifi V.Hacıyev flora, bitki örtüyü və bitki ehtiyatlarına həsr edilən 30-dan çox kitabın, dərslik və terminoloji lüğətlərin elmi redaktoru olub. 1979-cu və 1987-ci illərdə onun tərtib etdiyi müxtəlif miqyaslarda “Azərbaycan bitki örtüyü” xəritələrində ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyü rayonlaşdırılıb və assosiasiya səviyyəsində təsnifatı verilib. V.Hacıyevin rəhbərliyi və iştirakı ilə 1992-ci ildə yenidən hazırlanan və sonrakı illərdə rus, ingilis dillərində nəşr edilən “Azərbaycanın bitki örtüyü” xəritəsi respublikanın bitki örtüyünün, bitkiliyinin və qismən florasının tam aynasıdır.

Elmi nailiyyətlərinə görə V.Hacıyev 1970-ci ildə professor, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü və 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Görkəmli alimin elmi xidmətləri öz müasirləri tərəfindən də yüksək qiymətləndirilib. 1975-ci ildə V.Q.Xrjanovski və A.T.İsgəndərov tərəfindən Azərbaycanda Roza L. cinslərinin və biologiya elmləri doktoru R.Əsgərova tərəfindən “Gagea” yeni növü tapılıb ki, bu da aparıcı geobotanik kimi uzun illər Azərbaycanın bitki örtüyünü tədqiq etmiş V.Hacıyevin şərəfinə adlandırılıb. Bu yeni növ məşhur göstərici – “Index Kewensis”nə daxil edilib.

Akademik V.Hacıyev Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində mühüm xidmətlər göstərib. O, 1986-cı ildə İsveçrədə yüksək dağlıq zonanın flora və bitki örtüyü ilə məşğul olan alimlərin işləri ilə tanış olub. 1990-1991-ci illərdə Türkiyə ABŞ, Yaponiya, Avstriya və İtaliyada beynəlxalq forumlarda iştirak edib, Azərbaycanın flora və bitkiliyi, bitki ehtiyatları sahələrində aparılan işlərlə bağlı məruzələrlə çıxış edib. Alimin müxtəlif ölkələrdə keçirilən beynəlxalq səviyyəli müşavirələrdə respublika üçün aktual olan bozqır bitkiliyinin təhlili, Azərbaycan florasının genbankının qorunması, transqafqaz səhra bitkiliyinin təsnifat prinsipləri, Azərbaycanın yarımsəhralarında otlaq mozaikliyinin dinamikası, yüksək dağ otlaqlarının təbii bitkiliyinə zəlzələ amilinin monitorinq tədqiqi, ölkəmizin meşə genetik ehtiyatlarına həsr olunan dolğun məzmunlu məruzələri böyük əks-səda doğurub, respublikanın flora və bitkiliyinə xarici mütəxəssislərin marağını artırıb.

Görkəmli alim-tədqiqatçı, bacarıqlı təşkilatçı və qayğıkeş müəllim V.Hacıyevin rəhbərliyi ilə altı doktorluq və 42 namizədlik dissertasiyası müdafiə edilib. Akademikin fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O müxtəlif illərdə bir sıra orden və medallarla təltif olunub, beynəlxalq elmi təşkilatların mükafatlarına layiq görülüb.

Akademik V.Hacıyev 2008-ci il aprelin 7-də vəfat edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev