REGİONLAR


Akademik Zərifə Əliyevanın misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir

Naxçıvan, 29 aprel, AZƏRTAC

Milli oftalmologiyanın banisi akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı həyat yolu, misilsiz xidmətləri, apardığı tədqiqatlar əsl təcrübə məktəbidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 98-ci ildönümü münasibətilə aprelin 28-də keçirilən tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə akademik Zərifə xanım Əliyevanın poliklinikanın foyesindəki büstü önünə gül dəstələri qoyub, onun xatirəsinə həsr olunan guşədə alimin həyat və fəaliyyətini əks etdirən foto və kitablarla, həmçinin tanınmış insanların görkəmli oftalmoloq-alim haqqında fikirləri ilə tanış olublar.

Tədbirdə muxtar respublikanın səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Şəhər Poliklinikası 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Ümummilli lider Heydər Əliyev 1990-cı və 1999-cu illərdə poliklinikada olub. 2012-ci ilin mayında Prezident İlham Əliyev Zərifə xanım Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının yeni binasının açılışında iştirak edib. Zərifə xanımın adını daşıyan səhiyyə müəssisəsində işləmək hər bir tibb işçisi üçün böyük məsuliyyətdir.

Sonra akademik Zərifə xanım Əliyevanın həyat və çoxşaxəli fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova “Akademik Zərifə xanım Əliyeva fədakar insan, əsl Azərbaycan qadını kimi”, Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan”, baş həkimin müavini Tamella Bayramova “Oftalmoloq-alim” mövzularında məruzələr ediblər.

Sonda Naxçıvan Qızlar Liseyinin şagirdləri görkəmli alimə həsr olunmuş şeirlər söyləyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.